Qeyd etdiyim əlaqə nömrələrinin aktiv olduğunu və düzgünlüyünü təsdiqləyirəm.
İmtahan zamanı internet və ya texniki nasazlıqlara görə məsuliyyətin mənə aid olduğunu qəbul edirəm.
Rus və İngilis bölməsində çalışan müəllimlər Olimpiadada iştirak edə bilərlər, lakin imtahanı yalnız Azərbaycan dilində verməlidirlər.
Müsabiqənin iki imtahan mərhələsi və təlimi Azərbaycan dilində keçiriləcəkdir. İştirakçılar öz seçimlərinə əsasən yalnız birinci mərhələdə “Google Chrome” brauzerinin avtomatik tərcümə funksiyasından istifadə edə bilərlər. Bununla belə, tərcümə nəticəsində yarana biləcək hər hansı məzmun uyğunsuzluğu və ya texniki nasazlıqlara görə Müəssisə heç bir məsuliyyət daşımır.
İmtahanda iştirak məqsədilə ödənilmiş məbləğ geri qaytarılmır, hər hansı formada kompensasiya edilmir və tələb edilə bilməz.
Ali təhsil müəssisələrində (universitet, akademiya və s.) çalışan müəllimlər üçün iştirak nəzərdə tutulmayıb.
Hər ixtisas üzrə 30 sual verilir. 25 sual qapalı və 5 variantlıdır, digər 5 sualın cavabları çoxseçimlidir.
İmtahana kompüterlə daxil olmaq məqsədəuyğundur.
Hər suala ağırlıq dərəcəsinə görə vaxt verilir. Ümumi imtahan vaxtı ixtisasdan asılı olaraq 90 dəqiqəyə qədərdir.
Suallar ardıcıl cavablandırılmalıdır. Sual daxilində variant dəyişmək mümkündür, amma sualı dəyişdikdən sonra geri qayıda və ya ayrı suala keçə bilməzsiniz.
Səhifəni yeniləməyin, imtahan nəticəniz ləğv olunacaq.
Hər sual üçün qeyd olunan vaxt ərzində sualları cavablamasanız, sistem növbəti suala keçid edəcək.
Doğru suala görə 4 bal verilir, səhv suala görə 1 bal silinir.
Sualları bitirdikdən sonra sağ yuxarı başda bitir düyməsinə klikləyin.
Ali təhsil müəssisələrinin müəllimləri iştirak edə bilməz.
Diplomuna uyğun ixtisas seçilməlidir, fərqli ixtisas seçdikdə iştirak qəbul olunmur.